Aİ Çin malları üçün öz bazarını tam bağlamağa imkan verən mexanizm hazırlayır
Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri cümə axşamı Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasına ilin sonunadək Aİ-nin vahid bazarına çıxışı tamamilə məhdudlaşdırmağa imkan verəcək mexanizm hazırlamağı tapşırıblar. Oxuməni. az xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verir.
Bu alətin yalnız son tədbir kimi, məsələn, Çin kimi rəqibin Avropa iqtisadiyyatına zərər vurmağa çalışacağı təqdirdə tətbiq edilməsi nəzərdə tutulur. Planlaşdırılan mexanizmə görə, onun mövcudluğu belə digər ölkələri Aİ-yə qarşı ticarət müharibəsi aparmaqdan çəkindirməlidir.
Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə bildirib:
“Çin müəyyən qeyri-dürüst ticarət təcrübələrinə əl atarsa, biz Çin məhsullarının Avropa bazarına idxalını məhdudlaşdıra, hətta bazarı tamamilə bağlaya bilərik”.
Nauseda belə bir addımı son tədbir kimi qiymətləndirib.
Bundan əlavə, Avropa Komissiyası hibrid avtomobillərin idxalına tətbiq edilən kvota modelindəki məhdudiyyətləri digər sahələrə, xüsusilə kimya sənayesi və maşınqayırmaya da şamil etmək məqsədilə ticarət məlumatlarını təhlil etməyə başlayıb. Çox güman ki, əsas nümunə Pekinlə əldə olunmuş və ildə 350 min hibrid avtomobilin idxalına imkan verən razılaşma olacaq. Çin Aİ-nin bu kvotadan əlavə Çin şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görəcəyi ilə hədələyib.
Qeyd olunur ki, Çinlə sıx iqtisadi əlaqələrinə görə Almaniya ənənəvi olaraq proteksionist tədbirlərdən yayınmağa çalışıb. Lakin sənaye lobbisinin müraciətlərindən sonra kansler Fridrix Merts siyasətin dəyişdirilməsini dəstəkləyib. O, daha əvvəl Bundestaqda bəyan edib ki, Berlin digər ölkələrin subsidiyalar, valyuta məzənnələrinin süni şəkildə aşağı saxlanılması, həddindən artıq istehsal gücləri və aqressiv qiymət siyasəti vasitəsilə Almaniya iqtisadiyyatına zərər vurmasını artıq “laqeydliklə izləməyəcək”.
Çin gömrük orqanlarının məlumatına görə, sentyabr ayında Aİ-nin Çinlə ticarətində kəsir rekord həddə — 34,8 milyard dollara çatıb.
Oktyabrın 9-da Aİ-nin ticarət məsələləri üzrə komissarı Maroş Şefçoviç Pekində keçirilən danışıqların yekunlarına dair açıqlamasında Aİ və Çinin Çin istehsalı olan hibrid və elektrik şəbəkəsindən enerji ilə doldurulan hibrid avtomobillərin Avropa İttifaqına tədarükünü iki dəfədən çox azaltmaq barədə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, dörd il ərzində idxalın həcmi bir neçə milyon avtomobil azalacaq.
Pekin, həmçinin Avropa mallarının Çin bazarına çıxışını asanlaşdırmağa, nadir torpaq metalları və daimi maqnitlərin ixracı üçün lisenziyaların verilməsini sürətləndirməyə söz verib.
Almaz Həsənli





.jpg)















.jpg)



































































