Neftin qiyməti bahalaşır
Hörmüz boğazında gəmilərə edilən yeni hücumlar fonunda çərşənbə günü neftin qiyməti artır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 106,28 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,59 dollar (0,56%) bahadır. Çərşənbə axşamı bu müqavilələrin qiyməti 0,96 dollar (0,9%) azalaraq bir barel üçün 105,69 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarət əməliyyatlarında WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti bu vaxta olan məlumata görə 0,58 dollar (0,62%) artaraq bir barel üçün 94,72 dollar təşkil edib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 0,4 dollar (0,43%) artaraq 94,14 dollara çatmışdı.
Almaz Həsənli






























.jpg)







.jpg)






































.jpg)











