Bu axşam "Sabah" futbol klubu öz meydanında "Barselona" qarşısında çətin bir "imtahan" verməli olacaq
Bu gün axşam UEFA Çempionlar Liqası çərçivəsində beşinci turun növbəti oyunları keçiriləcək. Azərbaycanın "Sabah" futbol klubu Bakı Olimpiya Stadionunda heyətində dünyanın ən məşhur futbolçularının yer aldığı İspaniyanın "Barselona" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan klubu "Sabah FK" dörd turdan sonra üç xalla ümumi turnir cədvəlində 31-ci, "Barselona" hazırda 9 xalla 8-ci,yerdədir.
Onu da deyək ki, oyundan əvvəl keçirilən mətbuata konfransında "Sabah"ın baş məşqçisi Valdas Dombrauskas deyib ki, oyundan zövq almalıyıq: "Azərbaycana titullu rəqib gəlib. Belə bir komandanın zəif tərəflərini tapmaq mənim üçün çətindir. Oyunda özümüzü göstərmək üçün yaxşı şansımız olacaq".
O həmçinin qeyd edib ki, qol buraxmayan, qol vurmağın mümkün olmadığı komanda yoxdur: “Borussiya”ya qol vurmuşuq, digər komandalara da vura bilərik. “Barselona”ya qol vurmaq vacib olardı".
UEFA Çempionlar Liqası
25 noyabr
21:45. Sabah FK (Azərbaycan) - "Barselona" (İspaniya)
Əziz MUSTAFA





















































.jpg)
























.jpg)













