İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10 milyard dolları keçib

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10 milyard dolları keçib

10:53
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 8,5 milyard İsveçrə frankına (10,2 milyard dollar) çatıb. Oxuməni.az xəbər verir ki, bu barədə İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) sanksiyalar bölməsinin rəhbəri Daniel Ebi bildirib.

SECO sözçüsü izah edib ki, "Bu göstəricinin dinamikası həm sanksiya siyahılarının genişlənməsini, həm də artıq bloklanmış aktivlərin, xüsusən də qızıl ehtiyatlarının yenidən qiymətləndirilməsini əks etdirir".

2022-ci ildə İsveçrə Rusiyaya qarşı AB sanksiyalarına tam qoşulmaq qərarına gəlib. O vaxtdan bəri ölkə məhdudlaşdırıcı tədbirlərini ardıcıl olaraq genişləndirir və bu da dondurulmuş aktivlərin həcminin artmasına səbəb olub.

Bloomberg xəbər verir ki, bu addımlar İsveçrə daxilində mübahisələrə səbəb olub: məhdudiyyətlərin tərəfdarları ölkənin Avropa Birliyini dəstəkləməli olduğuna inanırdılar, əleyhdarlar isə onun rəqabət qabiliyyətinə dəyən ziyanı qeyd etdilər. İsveçrənin neytrallığı məsələsi də ayrıca müzakirə olunub. Rusiya səfirliyi bildirib ki, ölkə Qərblə yaxınlaşması səbəbindən bu statusu çoxdan itirib.

Əziz Mustafa