Karol Navrotcki Trampa 80 illik yubileyi münasibətilə kəhrəba ilə bəzədilmiş kreslo hədiyyə edib
Polşa prezidenti Karol Navrotcki Donald Trampa 80 illik yubileyi münasibətilə kəhrəba ilə bəzədilmiş kreslo hədiyyə edib.
Polşa prezidenti Karol Navrotckinin Amerika lideri Donald Trampa verdiyi kəhrəba ilə bəzədilmiş kreslo 10 min zlotidən (təxminən 2459,49 ABŞ dolları) baha ola bilər.
Bu barədə Polşa prezidentinin mətbuat katibi Rafal Leşkeviç TOK FM-ə müsahibəsində danışıb. Administrasiya rəsmisinin sözlərinə görə, hədiyyə müstəsna bir şey olmayıb və diplomatik etiket standartlarına cavab verib. Eyni zamanda o, aydınlaşdırıb ki, söhbət mediada deyildiyi kimi taxtdan yox, kəhrəba bəzəkləri olan Qdansk kreslosundan gedir.
"Bu, kreslo və ya taxt deyil, adi bir hədiyyə idi. Bu, kəhrəba deyil, kəhrəba ilə bəzədilmiş Qdansk kreslosu idi", - Leşkeviç izah etdi.
Mətbuat katibi əvvəlcə məhsulun maya dəyəri ilə bağlı birbaşa cavabdan yayınıb. Jurnalistin israrlı suallarından sonra o etiraf edib ki, hədiyyənin qiyməti yəqin ki, 10 min zlotı keçib.
Bundan əvvəl Navrotski administrasiyası Trampın 80 illik yubileyi üçün iki hədiyyə hazırlandığını bildirmişdi. Birincisi, Polşa xalqı adından Vaşinqtonda ABŞ-ın yaranmasının 250-ci ildönümünə həsr olunmuş gələcək zəfər tağı üçün qoyulmuş mərmər lövhə idi.
İkinci hədiyyə uzun müddət naməlum qaldı. Daha sonra jurnalistlər müəyyən etdilər ki, kəhrəba ilə bəzədilmiş bu kreslo əvvəllər prezident Anjey Dudanın ofisi ilə əməkdaşlıq etmiş usta Lusian Myrtanın işidir.
Əziz MUSTAFA

























.jpg)


























.jpg)










.jpg)



















