Kiyevdə baş verən pilotsuz təyyarə hücumu Britaniya Müdafiə Nazirinin çıxışını yarımçıq qoydu
Kiyevdəki Britaniya səfirliyində çıxış edən Müdafiə Naziri Ues Stritinq Rusiya pilotsuz təyyarəsinin hücumundan sonra yaranan partlayışla yarımçıq qalıb. Bu barədə 23 noyabr Bazar ertəsi günü The Telegraph məlumat verib.
Qeyd edək ki, Stritinq həmin dövrdə Ukrayna hava hücumundan müdafiə sisteminin əhəmiyyətindən danışırdı.
Britaniya səfirliyində çıxış edən Müdafiə Naziri dedi: "Şübhəsiz ki, hava hücumundan müdafiə əsas problem və əhəmiyyətli təzyiq mənbəyi olaraq qalır...",-dedi və ardınca güclü partlayış baş verdi.
Rus pilotsuz təyyarəsi Memar Qorodetski küçəsindəki yaşayış binasının və restoran kompleksinin həyətinə zərbə endirdi. Ərazi Ukrayna Nazirlər Kabinetinin və digər hökumət binalarının yaxınlığında, səfirlikdən isə təxminən 10 dəqiqəlik piyada məsafəsində yerləşir.
Kiyev meri Vitali Kliçko pilotsuz təyyarənin vurulduğunu bildirdi.
Əziz MUSTAFA









.jpg)



























.jpg)





























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)








