Rumıniya otel yanğını: 150 nəfər təxliyə edilib

Rumıniya otel yanğını: 150 nəfər təxliyə edilib

14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyanın Poiana Brasov kurort ərazisində yerləşən Alpin Otelində bazar gecəsi yanğın baş verib. Romania Insider xəbər verir ki, alovlar binanın damına, çardağına və üç yuxarı mərtəbəsinə yayılıb. Oteldən təxminən 150 nəfər təxliyə edilib. İlkin məlumatlara görə, heç kim xəsarət almayıb.

Otel rəhbərliyinin məlumatına görə, yanğın yuxarı mərtəbədəki mənzilin terrasında başlayıb. Yanğın sürətlə yayılaraq təxminən 2000 kvadrat metr ərazini əhatə edib.

Brasovdan xilasedicilər, Rasnovdan könüllülər və təcili yardım briqadaları yanğını söndürməyə kömək üçün çağırılıb. Yanğınsöndürənlər gecə boyu çalışaraq alovun daha da yayılmasının qarşısını almağa çalışıblar.

Əməliyyat 23 noyabr bazar ertəsi səhərə qədər davam edib. Vəziyyətin mürəkkəbliyinə görə xilasedicilər yanğını söndürmək məqsədilə dronlardan istifadə ediblər.

Əziz Mustafa