Bitcoin ucuzlaşmaqda davam edir, investorlar təşvişə düşüblər
Kriptovalyuta bazarı yeni bir çöküş yaşayır: Bitcoin 2024-cü ilin sentyabr ayından bəri görünməmiş bir səviyyəyə düşdü. İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçırlar.
Bu barədə Oxuməni.az Reuters-ə istinadən məlumat verib.
Şənbə günü Bakı vaxtı iləsaat 13:00-a olan məlumata görə, Şərq vaxtı ilə saat 23:13-də Bitcoin 5,10% dəyər itirərərkək 55.830 dollara düşüb. Bu, 2024-cü ilin sentyabr ayından bəri ən aşağı səviyyədir.
Əvvəlki ticarətdə kriptovalyuta 3,57% azalaraq 56.813,68 dollara düşmüşdü. Bundan əvvəl, cümə günü qiymət iyul ayından bəri ilk dəfə 60.000 dollardan aşağı düşmüşdü.
Son günlərdə kriptovalyuta bazarları bir neçə amilin təzyiqi altındadır. İnvestorlar süni intellekt infrastrukturuna genişmiqyaslı investisiyaların gözlənilən gəliri verib-verməyəcəyindən narahatdırlar.
Xatırladaq ki, Bitcoin artıq noyabr ayında bir neçə dəfə yeni minimumlara çatmışdı. 13 noyabrda onun qiyməti avqust ayından bəri ilk dəfə 70.000 dollardan aşağı düşdü və kriptovalyuta iki gün ərzində təxminən 9% dəyər itirdi.
Əziz MUSTAFA




































.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)











































