Krım körpüsü yenidən hücuma məruz qalıb, partlayışlar eşidilib, dəmir yolu zədələnib

Krım körpüsü yenidən hücuma məruz qalıb, partlayışlar eşidilib, dəmir yolu zədələnib

08:08
Bəyəndim (0) Bəyənmədim (0)

.

19 noyabr gecəsi Krım körpüsünə yenidən hücum edilib. Şahidlər güclü partlayışlar eşidildiyini, bəzi kanallar isə körpünün dəmir yolu hissəsinə dəyən zərbə barədə məlumat veriblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya monitorinq kanalları məlumat yayıb. Rusiya monitorinq kanallarına görə, gecə vaxtı dron zərbələri nəticəsində körpünün dəmiryolu hissəsi zədələnib, gediş-gəliş yenidən dayandırılıb.

Insider UA Telegram kanalı isə körpüyə ən azı dörd zərbə endirildiyini bəyan edib.

Krımın qondarma "rəhbəri" Sergey Aksyonov təsdiqləyib ki, Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti hücum nəticəsində müvəqqəti olaraq dayandırılıb. Onun sözlərinə görə, müvafiq xidmətlər dəymiş ziyanı qiymətləndirir.

Krım körpüsü bir neçə gündür ki, hücum altındadır. 16 noyabrda körpü hücuma məruz qalıb, bundan sonra peyk görüntüləri bir neçə yerdə yol səthinin zədələnməsini və tağın deformasiyası olduğunu göstərib. 17 noyabr gecəsi Kerç boğazı yaxınlığında yenidən partlayış səsləri eşidilib və OSINT ictimai qrupları yol kənarının bir hissəsinin və tağın suya çökdüyünü bildiriblər.

Əziz MUSTAFA