ABŞ və daha doqquz ölkə süni intellekt sahəsində birgə əməkdaşlığa dair razılığa gəldilər
ABŞ və daha doqquz ölkə — Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya süni intellekt sahəsində əməkdaşlığa dair “San-Fransisko Bəyannaməsi”ni imzalayıb.
ABŞ Dövlət Departamentinin məlumatına görə, sənəd qabaqcıl süni intellekt texnologiyalarının inkişafı üçün strateji infrastrukturun qorunmasını, proqram təminatı, xammal və komponentlərin təchizat zəncirinin təhlükəsizliyini nəzərdə tutur. İqtisadi təhlükəsizliyi milli təhlükəsizliyin əsas hissəsi kimi müəyyən edən tərəflər ümumi məqsədləri icra etmək üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bu addım ABŞ-ın 2025-ci ilin dekabrında irəli sürdüyü “Pax Silica” təşəbbüsünün davamıdır. Vaşinqtonun rəhbərlik etdiyi həmin təşəbbüs kritik minerallar və süni intellekt infrastrukturu üzrə etibarlı təchizat zənciri qurmaqla xarici asılılığı azaltmağa yönəlib. Qlobal süni intellekt rəqabətinin artdığı bir dövrdə imzalanan yeni bəyannamə iştirakçı ölkələrin strateji tərəfdaşlığını möhkəmləndirmək məqsədi daşıyır.
Şahmurad





.jpg)















.png-1.png)















.jpg)
.jpg)













































