Jerar Depardye apellyasiya şikayətini geri götürür və üzr istəyir
Tanınmış fransız aktyoru Jerar Depardye ilə bağlı səs-küylü məhkəmə işi gözlənilməz bir sonluqla başa çatdı.
16 noyabr tarixində fransız aktyoru Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq ittihamı ilə çıxarılan hökmdən verdiyi apellyasiya şikayətini geri götürdü və ictimaiyyət qarşısında üzr istədi. Bununla da, 18 aylıq şərti həbs cəzası qüvvəyə mindi.
Oxuməni.az xəbər verir ki, bu barədə aktyorun bəyanatına istinadən BFMTV xəbər verib.
"Məhkəmə hökm çıxardı. Mən təqsirli bilindim. Bunu anlayıram və cəzanı qəbul edirəm", - deyə Depardye bildirib. O, həmçinin öz davranışları ilə zərər görmüş ola biləcək hər kəsdən "səmimi və dərin üzr istədiyini" ifadə edib.

"Çəkiliş meydançalarında mən tez-tez təxribatların və ədəbsiz zarafatların arxasında gizlənirdim", - deyən aktyor, sözlərinin və müəyyən hərəkətlərinin nəticələri olduğunu etiraf edib. Depardye qeyd edib ki, heç vaxt qadınlara əziyyət vermək niyyətində olmayıb.
Məlumatlara görə, prokurorluq da öz apellyasiya şikayətini geri götürüb; belə ki, birinci instansiya məhkəməsi məhz prokurorluğun tələb etdiyi cəzanı təyin etmişdi. Şikayətçilərin vəkili bildirib ki, onun müvəkkilləri də apellyasiya şikayəti verməmək qərarına gəliblər. Xatırladaq ki, 2025-ci ilin may ayında Paris məhkəməsi Depardye-ni 2021-ci ildə "Yaşıl pəncərələr" (*Green Shutters*) filminin çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq törətməkdə təqsirli bilmişdi. Məhkəmə həmçinin aktyorun cinsi cinayətlərə görə məhkum olunmuş şəxslərin reyestrinə daxil edilməsi barədə qərar çıxarmışdı.
Əziz MUSTAFA









.jpg)
.jpg)




.jpg)


.png-1.png)


















.jpg)
.jpg)





















































