The Tokyo Reporter: Yapon milyarderinin oğlu Laosda dayanacaqda güllələnərək öldürülüb

The Tokyo Reporter: Yapon milyarderinin oğlu Laosda dayanacaqda güllələnərək öldürülüb

11:36
Bəyəndim (1) Bəyənmədim (0)

Laos ASEAN Lizinq İctimai Şirkətinin (LALCO) keçmiş direktoru və yapon milyarder Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosda vəfat edib. Kamera görüntülərinə görə, Yoşihito Oşima dayanacaqda dayanarkən naməlum şəxslər tərəfindən ona atəş açılıb.

Oxuməni.az xəbər verir ki, The Tokyo Reporter-in məlumatına görə, şirkət onun ölümünü 19 oktyabrda elan edib. LALCO ölüm səbəbini açıqlamayıb və daha sonra açıqlamanı silib.


Fransada mühacirətdə yaşayan laoslu fəal Cozef Akaravong hadisələrlə bağlı öz versiyasını təqdim edib. O, Facebook-da müşahidə kameralarının görüntülərini paylaşıb. Qəzet yazır ki, fəalın sözlərinə görə, Yoşihito Oşimanın dayanacaqda güllələndiyi görünür. Cənab Akaravong iddia edir ki, hücum 14 oktyabrda yerli vaxtla təxminən saat 21:10-da yaşayış kompleksinin ərazisində baş verib. Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı şərh verməyib.
LALCO, Vyentyanda yerləşən açıq səhmdar cəmiyyətidir. Əsasən Yapon markaları olan avtomobil və motosikletləri icarəyə verir. Kenşin Oşimanın həyat yoldaşı Yuriko Oşima şirkətin direktoru təyin edilib. O, özü də LALCO-da baş məsləhətçi vəzifəsinə təyin olunub.

Əziz MUSTAFA