“Microsoft”-un 60 min əməkdaşına könüllü işdən çıxmaq təklif olunub
Microsoft korporasiyası təxminən 60 min əməkdaşına təzminat ödəməklə könüllü olaraq işdən çıxmaq təklif edib. Bu, şirkətin ümumi işçi heyətinin dörddə birindən çoxdur. Oxuməni. az xəbər verir ki, bu barədə Business Insider şirkətin kadr direktoru Emi Koulman və korporasiya nümayəndəsinin daxili məktubuna istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, proqram ABŞ, Kanada, Böyük Britaniya və Hindistandakı bəzi bölmələrin işçilərinə şamil edilir. Təklifdən 70-ci korporativ səviyyəyə qədər, o cümlədən bəzi yüksək vəzifəli rəhbərlər də daxil olmaqla, işçilər istifadə edə bilərlər. Eyni zamanda, satış şöbələri, bəzi mühəndislik komandaları və korporativ bölmələr bu proqramdan kənarda qalacaq.
Proqramın şərtləri ixtisarlar zamanı standart təzminatlarla müqayisəli olacaq. Bu ilin əvvəlində ABŞ-da işçilərə minimum 60 günlük ödəniş və işdə qalma təklif olunmuşdu, əksər hallarda isə vəzifə və iş stajından asılı olaraq maksimum təzminat 39 həftəlik əsas əmək haqqına qədər ola bilərdi. Qərar dekabrın əvvəlinə qədər qəbul edilməlidir - razılıq halında işçilər ilin sonunda şirkətdən ayrılacaqlar.
Son hesabatlara görə, 30 iyun 2026-cı il tarixinə korporasiyada dünya üzrə təxminən 223 min nəfər çalışırdı. Aprel ayında Microsoft artıq ABŞ-da 8 mindən çox işçiyə (amerikalı işçi heyətinin təxminən 7%-i) işdən çıxmaq təklif etmişdi - proqram yaş və iş stajının cəmi ən azı 70 il təşkil etdiyi işçilərə şamil edilirdi.
Financial Times-ın məlumatına görə, şirkət süni intellektə böyük investisiyalar fonunda işçi qüvvəsi xərclərini azaltmağa çalışır: iyun ayında başa çatan maliyyə ilində o, kapital xərclərinə 140 milyard dollar ayırmağı planlaşdırırdı. İyun ayında artıq 4,8 min işçinin, yəni ümumi işçi heyətinin təxminən 2,1%-nin ixtisar ediləcəyi barədə məlumat verilmişdi. O zaman Koulman bildirmişdi ki, ixtisarlar "resursların yenidən bölüşdürülməsi zərurəti" ilə əlaqədardır və süni intellektin təsirinə cavab olaraq həyata keçirilir.
Almaz Həsənli























.jpg)
.jpg)






.jpg)












.jpg)




























.jpg)




















