Finlandiya Rusiya sərhədi yaxınlığında hava qüvvələri təlimləri keçirəcək
Finlandiya Hərbi Hava Qüvvələri 2-5 noyabr tarixlərində, o cümlədən Rusiya sərhədi yaxınlığında Vilkku 26 təlimi keçirəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin Kareliya Hava Komandanlığı məlumat yayıb.
Bəyanata görə, təlimlər Rissala Hava Bazasında keçiriləcək. F/A-18 Hornet qırıcı təyyarələri uçuş təlim proqramlarının bir hissəsi olaraq gecə-gündüz uçuşlar həyata keçirəcək, eləcə də digər eskadrilyalarla əməkdaşlıq təcrübələrini tətbiq edəcək. Uçuşlar ölkənin şərq hissəsində, Kuopio, Kuusamo və Oulu arasındakı ərazidə baş tutacaq.
Finlandiya müntəzəm olaraq Rusiya sərhədi yaxınlığında NATO bölmələri ilə birlikdə hərbi təlimlər keçirir.
Əziz MUSTAFA
Digər xəbərlər







.jpg)





.jpg)
































.jpg)





































