Rumıniya yaxınlığında bir gəmi batıb,  bir nəfər ölüb, iki nəfər itkin düşüb

Rumıniya yaxınlığında bir gəmi batıb, bir nəfər ölüb, iki nəfər itkin düşüb

16:23
Bəyəndim (0) Bəyənmədim (0)

23 oktyabrda Rumıniya sahillərində dron tərəfindən vurulduğu ehtimal edilən bir ticarət gəmisi batıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Digi 24 məlumat yayıb. Məlumatda deyilir ki, saat 10:00 radələrində Rumıniya Dənizçilik İdarəsinin koordinasiya mərkəzinə Rumıniya ərazi sularından kənarda, Konstansadan 24 kilometr aralıda qəzaya uğrayan "Xorıv" gəmisi barədə məlumat daxil olub. Söhbət Komor adaları bayrağı altında üzən ticarət gəmisindən gedir.

Qəza siqnalını aldıqdan sonra dənizçilərə kömək etmək üçün Rumıniya Dənizdə Həyatın Xilasetmə Agentliyinin və Rumıniya Daxili İşlər Nazirliyinin gəmiləri göndərilib.

"Əlverişsiz hava şəraiti və aşağı görünürlük səbəbindən xilasetmə əməliyyatında helikopterdən istifadə etmək mümkün olmayıb. Hazırda xilasetmə gəmiləri doqquz nəfər xilas edə və bir cəsədi sudan çıxara bilib", - deyə agentlik qeyd edib.

Xilasedicilər digər üç heyət üzvünün axtarışını davam etdirirlər. İlkin ehtimala görə, gəmi dron hücumu nəticəsində batıb.

Oktyabrın 16-da Bolqarıstan Qara dənizdə kommersiya gəmilərinə edilən bir sıra dron hücumlarından sonra NATO-dan ölkənin müdafiəsini gücləndirmək üçün döyüş təyyarələri və dron əleyhinə sistemlər yerləşdirməsini rəsmi olaraq istəyib.

Əziz Mustafa