Ukraynaya məxsus nəqliyyat təyyarəsi Yaponiyada eniş zamanı yanıb
“Ruslan” An-124 təyyarəsi Yaponiyanın Tyubu hava limanına eniş edərkən yanğın baş verib. Bu barədə NHK məlumat yayıb.
Hava limanının fəaliyyəti 15 dəqiqəlik dayandırılıb. Yaponiya hakimiyyəti hadisənin səbəblərini araşdırır.
An-124 “Ruslan” dünyanın ən böyük seriya istehsalı olan yük təyyarələrindən biridir. Belə hava gəmilərini Ukraynanın “Antonov Airlines” və Rusiyanın “Volqa-Dnepr” şirkətləri istismar edir. Təyyarənin hansı yükü daşıdığı məlum deyil.
Avqust ayında Leypsiq/Halle hava limanının ərazisində Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz olunmuş pilotsuz uçuş aparatı aşkar edilmişdi. İstintaqın versiyasına görə, dron təyyarəyə hücum etməli idi, lakin onun detonatoru işə düşməyib. Daha sonra Almaniya hakimiyyəti hava limanının ətrafında daha bir pilotsuz uçuş aparatı və hərbi partlayıcı maddənin izlərini aşkar edib. Ehtimal olunur ki, daha bir dron DHL şirkətinə məxsus təyyarə ilə toqquşa bilərdi.
Almaniya hücumun təşkilində Rusiyanı birbaşa ittiham edib, Moskva isə bu hadisəyə aidiyyəti olduğunu təkzib edir.
Almaz Həsənli
















































.jpg)














.jpg)




















