Məhkəmə 25 milyardlıq cəriməni təhsil xərclərinə yönəldiləcək
ABŞ-nin Nyu-Meksiko ştatı məhkəməsi, "Meta" (keçmiş Facebook) şirkətini istifadəçilərin gizlilik hüquqlarını pozmaqda və onları aldatmaqda təqsirli bilərək, texnologiya giqantına tarixinin en böyük cəriməsini kəsib. Qərara əsasən Meta ştat hökumətinə 25 milyard dollar məbləğində cərimə ödəməlidir.
Dava, 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkiləri zamanı 87 milyona yaxın Facebook istifadəçisinin şəxsi məlumatlarının qanunsuz yolla "Cambridge Analytica" siyasi məsləhət şirkətinə ötürülməsi skandalı ilə bağlıdır. Məhkəmə prosesi zamanı müəyyən edilib ki, Meta şirkəti istifadəçilərə onların məlumatlarının təhlükəsizlikdə olduğunu və idarəetmənin tam olaraq istifadəçilərin əlində olduğunu vəd etsə də, bu bəyanatlar həqiqəti əks etdirməyib.
Nyu-Meksiko ştatının məhkəmə heyəti Meta-nın ştatın İstehlakçıların Hüquqlarının Müdafiəsi Qanunun 43 milyon dəfədən çox pozduğunu müəyyən edib. Ştatın baş prokurorluğu Meta-nın istifadəçilərə verdiyi yalan vədlərə görə ciddi şəkildə cəzalandırılmasını tələb etmişdi. Hakim Frensis Metyu (Francis Mathew) öz qərarında qeyd edib ki, Facebook istifadəçilərinə öz məlumatlarına nəzarət etdikləri barədə yalan məlumat verib. İlkin olaraq 219 milyard dollardan çox cəza hesablanlsa da, hakim yekun məbləği 25 milyard dollar həddində müəyyənləşdirib.
Nyu-Meksiko ştatının konstitusiyasına əsasən, istehlakçıların hüquqlarının pozulmasına görə ödənilən cərimə məbləğləri birbaşa ştatın təhsil xərclərinə yönəldiləcək.
Meta şirkəti ittihamları rədd edərək məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb. Şirkət nümayəndələri istifadəçi təhlükəsizliyi qaydalarının artıq yeniləndiyini və tətbiq olunan cəza məbləğinin həddindən artıq böyük olduğunu iddia edirlər.
Şahmurad







.jpg)












































































