Rusiya tərəfi Uitkoffun oktyabrın 21-də səfər edəcəyini təsdiqləyib
Rusiya tərəfi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun oktyabrın 21-də Rusiyaya səfər edəcəyini təsdiqləyib. Oxuməni.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.
“Bəli, planlar təsdiqlənir”, – deyə agentliyin həmsöhbəti bildirib. Bununla belə, o, danışıqların harada keçiriləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl The New York Times qəzeti Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa gələcəyini xəbər vermişdi.
Oktyabrın 20-də Stiv Uitkoff və Cared Kuşner Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar. Norveçin Baş naziri Yonas Qar Störenin sözlərinə görə, görüş müsbət keçib.
Qeyd olunur ki, Uitkoff danışıqlarda şəxsən iştirak edib, Kuşner isə görüşə onlayn formatda qoşulub.
Almaz Həsənli




















































































