Həkim "şəkərsiz" etiketli məhsulların nə üçün təhlükəli olduğunu izah edib
"Şəkərsiz" yazısı çox vaxt məhsulu məhdudiyyətsiz yemək üçün avtomatik icazə kimi qəbul edilir. Lakin şəkərin əvəzinə tərkibində mədə-bağırsaq traktının vəziyyətinə təsir edə bilən, ishal, köp, ağırlıq hissi və digər simptomlara səbəb olan dadlandırıcılar ola bilər. Oxuməni. az xəbər verir ki, bu barədə "Yekaterininskaya" klinikasının qastroenteroloqu Darya Lipovaya "Gazeta.Ru"-ya müsahibəsində bildirib.
"Xüsusilə şəkər spirtləri — sorbit, ksilit və maltit bağırsaqlarda reaksiya yaradır. Onlar tam həzm olunmur, bağırsağa su çəkir və həssas insanlarda köp, qaz və ishala səbəb ola bilər. Steviya və sukraloza da bəzi insanlarda köp, qaz və ya qarın nahiyəsində narahatlıq yarada bilər. Eritrit adətən daha rahat həzm olunur, lakin o da hamı üçün uyğun deyil: reaksiya fərdi həssaslıqdan və məhsulun miqdarından asılıdır", — deyə həkim izah edib.
Onun sözlərinə görə, bu o demək deyil ki, "zero" (sıfır) etiketli bir içki mütləq zərər verəcək. Problem bu cür məhsullar rasionun daimi bir hissəsinə çevrildikdə və şirniyyatın tamamilə təhlükəsiz əvəzedicisi kimi qəbul edildikdə yaranır.
"İdeal dadlandırıcı axtarmaq əvəzinə, souslarda, hazır səhər yeməklərində, yoqurtlarda və içkilərdə olan gizli şəkərin miqdarını azaltmaq lazımdır. Susuzluğu adi su ilə yatırmaq daha yaxşıdır", — deyə həkim məsləhət görüb.
Almaz Həsənli
































































.jpg)








.jpg)





















