Ebola epidemiyası ilə bağlı vəziyyət kritik həddə çatıb
Konqo Demokratik Respublikasında tüğyan edən Ebola epidemiyası ilə bağlı vəziyyət kritik həddə çatıb. «Sərhədsiz Həkimlər» (MSF) beynəlxalq humanitar təşkilatı son altı ayda ölkədə yoluxma hallarının 11 mini, ölüm sayının isə 5 mini ötdüyünü açıqlayaraq, beynəlxalq ictimaiyyəti təcili hərəkətə keçməyə çağırıb.
Təşkilatın noyabrın 12-də yaydığı bəyanata əsasən, 2026-cı il mayın 15-də elan edilən epidemiyanı hələ də nəzarət altına almaq mümkün olmayıb. Xüsusilə İturi və Şimali Kivu əyalətlərində yayılan xəstəliyin real miqyasının rəsmi rəqəmlərdən daha böyük olduğu ehtimal edilir.
Əsas çətinliklər və səbəblər:
Tibbi təminat və kadr çatışmazlığı: Xəstəxanalarda qoruyucu geyim, dezinfeksiya vasitələri və avadanlıqlar çatışmır, tibb işçiləri isə lazımi hazırlıq və maliyyə dəstəyi olmadan çalışırlar.
Gecikmiş tibbi yardım: Son ölümlərin təxminən üçdə ikisi xəstəxanalarda deyil, birbaşa icmalarda qeydə alınıb ki, bu da xəstəliyin vaxtında aşkarlanmadığını göstərir.
Peyvənd və dərman yoxluğu: Epidemiyaya səbəb olan Bundibugyo ştammına qarşı təsdiqlənmiş peyvənd və xüsusi müalicə vasitəsinin olmaması mübarizəni çətinləşdirir. Virus yoluxmuş şəxsin qanı və bədən mayeləri ilə birbaşa təmas yolu ilə yayılır.
MSF Konqo hökumətini, BMT-ni və beynəlxalq tərəfdaşları ayrılan maliyyə vəsaitlərini birbaşa ehtiyac duyulan bölgələrə yönəltməyə çağırıb. Təşkilat tibbi personalın gücləndirilməsini, müalicə mərkəzlərinin təchizatını, xəstələrin erkən aşkarlanmasını və əhalinin maarifləndirilməsini təxirəsalınmaz vəzifə kimi qiymətləndirir.
Şahmurad















































.jpg)
.jpg)
.jpg)































.jpg)













