Latviya qoşunları Rusiya ilə sərhəddə tank əleyhinə maneələr inşa edir
"Baltik Müdafiə Xətti"nin tikintisi çərçivəsində Latviyanın Rusiya ilə şərq sərhədi boyunca tank əleyhinə maneələrin quraşdırılmasına başlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Latviyanın LTV ictimai televiziya kanalının məlumatında bildirilir.
Məlumatda deyilir: "Cəmi 89 kilometr tank əleyhinə xəndəklərin qazılması planlaşdırılır. Sərhədin 4 kilometr uzunluğunda bir hissəsi artıq tikilib."
Televiziya kanalının məlumatına görə, "ilk 27 kilometrlik sərhəd istehkamlarının gələn yaza qədər tamamlanması planlaşdırılır."
Həmçinin bildirilir ki, sərhəd boyunca üç cərgədə "əjdaha dişləri" kimi tanınan nəhəng beton maneələr tikilir.
Qeyd olunur ki, "Latviyanın Rusiya və Belarusla 450 km-dən çox uzanan bütün sərhədi boyunca heç bir istehkam tikilməyəcək. Bəzi ərazilərdə bataqlıqlar, göllər və sıx meşələr kimi təbii maneələr qoruma təmin edir. Ağır hərbi texnikanın ən asanlıqla irəliləyə biləcəyi ərazilərdə süni istehkamlar tikilir."
"Baltik Müdafiə Xətti" istehkamları Latviyanın Rusiya və Belarusla həmsərhəd bölgələrində tikilir. 2029-cu ildə başa çatacaq layihənin büdcəsi 303 milyon avrodur.
Əziz Mustafa
















.jpg)










































.jpg)























