Viktor Orbanın qardaşı insan alveri şübhəsi ilə saxlanılıb
Macarıstanın Baş naziri Peter Magyar, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın qardaşı, iş adamı Aron Orbanın insan alveri şübhəsi ilə həbs olunduğunu elan etdi. Magyar bunu Facebook-da yazıb.
"Mediada yayılan məlumatlara görə, Viktor Orbanın qardaşı Aron Orban insan alveri şübhəsi ilə saxlanılıb", - Magyar yazıb.
O, həmçinin qeyd edib ki, Macarıstan Aktivlərinin Bərpası və Qorunması İdarəsi və Milli Təhqiqat Bürosu araşdırmalarını davam etdirir.
Viktor Orban Facebook səhifəsində vəziyyəti "çirkli oyun" adlandırıb və yeni Macarıstan hökumətinin məqsədinin siyasi rəqibi aradan qaldırmaq və təkpartiyalı sistem qurmaq olduğunu vurğulayıb.
"Hədəf mən, qardaşım isə sadəcə silahdır", - Orban vurğulayıb.
Economx xəbər verir ki, hakimiyyət orqanları hələlik Orbanın qardaşının saxlanılmasını və ya bunun səbəbini təsdiqləməyib.
Lakin Budapeştdə və Pest qraflığının iki şəhərində birgə əməliyyat keçirildiyi və bir neçə nəfərin həbs olunduğu bildirilib. Kontroll-a görə, Aron Orbanın da iştirakı ola bilər.
Oktyabr ayında Bloomberg Macarıstan Mərkəzi Bankının keçmiş sədri György Matolcsy-nin həbs olunduğunu bildirib.
18 oktyabrda Magyar Viktor Orbanı dövlət çevrilişi hazırlamaqda ittiham edib. Sentyabr ayında isə Macarıstanın xarici işlər naziri Anita Orban keçmiş xarici işlər naziri Peter Sijjarto və onun komandasına qarşı müntəzəm uçuşlar əvəzinə bahalı şəxsi təyyarələrlə uçduqlarına görə şikayət ərizəsi verib.
Əziz Mustafa














.jpg)





































































