Rusiyada Proton zavoduna raketlər dəydi

Rusiyada Proton zavoduna raketlər dəydi

10:08
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Oryol şəhərindəki Proton zavoduna raketlər hücum etdi. "Eniş" yerində böyük yanğın baş verdi.

Oxuməni.az xəbər verir ki, bu barədə Telegram monitorinq kanalı Exilenova+ məlumat yayıb və şahidlərin foto və videolarını da paylaşıb.

Sosial media xəbərlərində Oryola raketlərin zərbə endirdiyini, ehtimal ki, Proton zavodu ərazisini hədəf aldığı bildirilir.

Sosial mediada həmçinin FP-5 Flamingo raketlərindən istifadə edildiyi ehtimal edilir. "Proton" optoelektron avadanlıqların, yarımkeçirici cihazların və LED məhsullarının hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

ATESH partizan hərəkatının məlumatına görə, zavod Rusiya hərbi-sənaye kompleksi, xüsusən də "İsgəndər-M" raketləri, "Pantsir-S1" sistemləri və digər hərbi texnika üçün elektron komponentlər tədarük edir.

Əziz Mustafa