Okan Buruk türk əsilli rus qadınına vurulub: Onları eyni şəxs tanış edib
"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını İris Kurteşlə yeni bir münasibətə başladığı deyilir. Dedi-qodularda diqqət çəkən iddiaya görə, onların görüşünü və yaxınlaşmasını İrfan Sarıoğlu təşkil edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Haberler.com-un yaydığı məlumatda deyilir.
"Qalatasaray"ın baş məşqçisi Okan Burukun şəxsi həyatı ilə bağlı iddialar səbəbindən hazırda müzakirə mövzusudur. Sarı-qırmızı komandanın təcrübəli məşqçisinin türk əsilli rus qadını İris Kurteşlə romantik münasibətdə olduğu deyilir.

İddiaya görə, İrfan Sarıoğlunun Okan Buruk və İris Kurteşin tanışlığını təşkil etdiyi iddia edilir. Bu tanışlıqdan sonra cütlüyün daha da yaxınlaşdığı və yeni bir münasibətə başladığı iddia edilir.
Okan Buruk və İris Kurteş arasında romantik münasibət olduğu iddiası ilə bağlı hər iki tərəfdən heç bir açıqlama verilməyib. Cütlüyün münasibətdə olduğu iddiaları hələ təsdiqlənməyib.
Əziz Mustafa




























































































