Rusiya Zaporojye vilayətində humanitar yardım paylama məntəqəsinə zərbə endirdi; 26 nəfər həlak olub
Rusiya hərbçiləri Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə hava zərbələri endirib.
Oxuməni.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski 26 nəfərin həlak olduğunun təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, ilk bombalar səhər saatlarında humanitar yardımın paylanması üçün istifadə olunan məktəbə atılıb. Növbəti zərbə isə insanların sığındığı yerə düşüb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti həlak olanlar arasında iki xilasedici və dörd polis əməkdaşının olduğunu açıqlayıb.
"Suspilne" mənbələri bildirib ki, humanitar yardım paylama məntəqəsinin bombardmanı səhər saat 10:00 ilə 11:00 arasında baş verib.
Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikinin məlumatına görə, iki xilasedici də daxil olmaqla beş nəfər xəstəxanaya yerləşdirilib. Daha 20-dən çox insanın taleyi hələlik məlum deyil. O bildirib ki, Rusiya hərbçiləri Kamışevaxanın mərkəzinə azı doqquz ədəd FAB-3000 tipli idarə olunan aviasiya bombası atıblar. Hazırda dağıntıların təmizlənməsi işləri davam edir. Zaporojye vilayətində 3 noyabr matəm günü elan edilib.
Əziz MUSTAFA



















































































