Azərbaycanın ilk qadın detektiv yazarı Sevinc Ağaxəlilqızına ağır itki
Tanınmış ziyalı, ictimai xadim, çoxsaylı tədqiqat və araşdırma xarakterli kitab və monoqrafiyaların müəllifi, nəğməkar şairə və yazıçı Sevinc Ağaxəlilqızını ağır itki üz verib. Onun qardaşı Həsən Ağayev erkən dünyasını dəyişib.
Sevinc Ağaxəlilqızı sağlığında qardaşına olan sevgisini misralara köçürərək “Qardaş adda var dayağım” adlı şeir yazıb və ilham pərisinin məhz o olduğunu etiraf edib. Həmin şeirin mahnıya çevrilməsi üçün bəstəkar-müğənni Arif Səlimova müraciət edilib. Çox təəssüf ki, bəstələnən mahnını dinləmək Həsən bəyə sağlığında nəsib olmayıb.
Sən güvənim, sən varlığım,
Ata adda sən dayağım.
Keşiyində övladların
Dayanıbdır qala-qala.
Qəlbləri fəth edən qardaş,
Başı qarlı uca dağım,
Qardaş adda var dayağım.
Yaxın günlərdө mahnı Arif Səlimovun ifasında tamaşaçılara təqdim olunacaq. Oxumeni.az kollektivi olaraq Sevinc xanıma dərin hüznlə başsağlığı veririk. Qoy bu mahnı Həsən Ağayevin ruhuna bir sərinlik qatsın.
Allah rəhmət eləsin!
Murad Şahməmmədov



















































































