Fransada dəmiryolu işçiləri kütləvi tətilə hazırlaşırlar
Fransadakı dəmiryolu işçiləri ümummilli həmkarlar ittifaqı tətilinə qoşularaq öz haqqlarınə tələb edəcəklər.
Oxuməni.az xəbər verir ki, bu barədə SUD-Rail həmkarlar ittifaqının federal katibi Julien Trokkaz bildirib.
"Biz təzyiqi artıracağıq - söhbət 5 noyabr cümə axşamı günü keçiriləcək tətildən, daha dəqiq desək, ümumi tətildən gedir", - deyə o, BFMTV-də bildirib. Digər həmkarlar ittifaqları 5 noyabr tətillərində fəal iştirak etdiklərini təsdiqlədilər ki, bu da SUD-Rail nümayəndəsinin sözlərinə görə, "işçilərdə inamı artırır."
Trokkaz tətillərin şirkətlərin və onların işçilərinin "pul itirməsinə" səbəb olacağını etiraf etdi, lakin bunu zəruri bir addım kimi dəyərləndirdi. O izah etdi ki, inflyasiya 3,1% olduğu halda, orta əmək haqqı artımı cəmi 0,19% təşkil edir. Trokkaz qeyd edib ki, əmək haqqı artımları, işdən çıxarılmalarla yanaşı, Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) rəhbərliyi ilə müzakirə olunacaq əsas mövzulardan biri olacaq.
"Əldə etdiyimiz məlumata görə, insanlar qəzəbləniblər və bu qəzəb cümə axşamı işlərin dayandırılması və küçələrə çıxmaqla ifadə olunmalıdır", - deyə o bildirib. Televiziya aparıcıları tətillərin müddəti barədə soruşduqda, Trokkaz etiraz aksiyalarının "tətilçilərin tələblərinin yerinə yetirilməsinə nail olana qədər" davam etdiirləcəyini bildirib.
Əziz Mustafa




















































.jpg)































