Seul məhkəməsi  hərbi vəziyyətin tətbiqində  ittiham olunan iki keçmiş briqada generalına bəraət qazandırıb

Seul məhkəməsi hərbi vəziyyətin tətbiqində ittiham olunan iki keçmiş briqada generalına bəraət qazandırıb

12:03
Bəyəndim (1) Bəyənmədim (0)

Cənubi Koreyanın Seul Mərkəzi Rayon Məhkəməsi keçmiş prezident Yun Sok-yulun 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etmək uğursuz cəhdi ətrafında baş verən üsyanda əsas rol oynamaqda ittiham olunan iki keçmiş briqada generalına bəraət qazandırdı.

Oxuməni.az xəbər verir ki, bu barədə Korea Herald-ın yaydığı məlumatda bildirilib. Məlumata görə, məhkəmə konstitusiya quruluşunu pozmaq niyyətinin sübut olunmadığını müəyyən edib.
2-ci Zirehli Briqadanın keçmiş komandiri Ku Sam-hve və Müdafiə Nazirliyinin Müdafiə İnnovasiya Planlaşdırma şöbəsinin keçmiş rəisi Banq Conq-hvan bəraət qazanıblar. Xüsusi prokuror onların hər biri üçün yeddi il həbs cəzası tələb etmişdi.
Məhkəmə qeyd edib ki, təqsirləndirilən şəxslər konkret planlardan xəbərsizdirlər və potensial tapşırıqlarla bağlı sənədlər almayıblar. Məhkəmə həmçinin hərbi vəziyyət dövründə Milli Assambleyaya, seçki nəzarət orqanına və ictimai rəy sorğusu agentliyinə qoşun göndərməkdə ittiham olunan digər altı keçmiş hərbçiyə bəraət verib. Məhkəmə həmçinin onların hərəkətlərində konstitusiya quruluşunu pozmaq üçün heç bir sübut olunmuş niyyət aşkar etməyib.

Əziz MUSTAFA