ChatGPT epilepsiyadan əziyyət çəkən 31 yaşlı amerikalı qadını öldürüb
ABŞ-da 31 yaşlı "Amazon" şirkətinin əməkdaşı Bouen Van vəfat edib. O, epilepsiya müalicəsini tənzimləmək üçün ChatGPT-dən istifadə edib. Oxuməni. az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
Qadın müntəzəm olaraq antikonvulsant dərmanlar qəbul edirdi. Ailəsinin dediyinə görə, Bouen süni intellektdən məsləhət alıb və epilepsiya müalicəsi ilə bağlı tövsiyələrinə etibar edib.
ChatGPT, Bouen üçün dərmanları tədricən dayandırmaq üçün fərdi bir qrafik hazırlayıb və bu dəyişiklikləri həkimlərə bildirməməyi məsləhət görüb.
Yazışmalar zamanı qadın dəfələrlə çət-botdan özünü pis hiss etdiyini bildirib. Belə ki, süni intellektlə aparılan dialoqda özünü pis hiss etdiyi üçün narahatlıqla bağlı 158 mesaj qeydə alınıb. Cavabında isə sistem hər şeyin yaxşı getdiyi barədə onu təsəlli etməyə davam edib.
Bir müddət sonra Bouen Vanda növbəti epilepsiya tutması baş verib və nəticədə o, vəfat edib. Qadının yaxınları hesab edir ki, "OpenAI" şirkəti baş verənlərə görə məsuliyyət daşıyır, çünki onun məhsulu həkimlə məsləhətləşmənin vacibliyi barədə müvafiq xəbərdarlıqlar olmadan tibbi məsləhətlər verib.
Almaz Həsənli


























.jpg)



















.jpg)
.jpg)
.jpg)





























.jpg)















