Antalyada baş verən tornado nəticəsində dörd nəfər dünyasını dəyişib

Antalyada baş verən tornado nəticəsində dörd nəfər dünyasını dəyişib

11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Antalya şəhərində tornado tikinti sahəsini dağıdıb, dörd nəfər ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə TRT Haber-in yaydığı məlumatda deyilir.
Hadisə Fevzi Çakmak yaşayış məhəlləsində baş verib. Tikinti sahəsində tornado kranı aşırıb və iki konteyner binası da dağılıb.
Antalya valisi Hulusi Şahin bildirib ki, tornado "bütün tikinti sahəsini dağıdıb". İki tikinti işçisi yerində, daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Meteoroloqlar 27 oktyabr üçün Antalya da daxil olmaqla, Türkiyənin bir neçə bölgəsi üçün fırtına xəbərdarlığı veriblər.
"Çox qeyri-adi bir təbii hadisə ilə qarşılaşırıq. Şəhərin digər yerlərində tornado barədə heç bir məlumat yoxdur... Bu gün əyalət koordinasiya şurasının iclasında regional meteoroloqumuz hesabat verib və ekstremal hadisələrə hazır olmalı olduğumuzu bildirib", - deyə cənab Şahin aydınlıq gətirib.

Əziz MUSTAFA