Finlandiya Prezidenti Azərbaycanın Aİ-yə üzvlüyünün mümkünlüyünü istisna etməyib
Finlandiya Prezidenti Aleksandr Stubb, yaxın 30 il ərzində Avropa İttifaqının təxminən 40 dövlətə qədər genişlənə biləcəyini bildirib. Bununla yanaşı, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın üzvlük perspektivləri onların gələcək inkişafından asılı olacaq.
Oxuməni. az xəbər verir ki, bu barədə o, oktyabrın 26-da Belçikanın Brügge şəhərində yerləşən Avropa Kollecinin tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
Stubb-un sözlərinə görə, genişlənmə Aİ-nin xarici siyasətinin ən mühüm istiqaməti olaraq qalır. O, Qərbi Balkan ölkələrini, Ukraynanı, Moldovanı, İslandiyanı, Norveçi, İsveçrəni və Böyük Britaniyanı ittifaqın tərkibində görmək istəyini ifadə edib.
Finlandiya Prezidenti həmçinin Kanadanın ən azı Aİ-nin assosiasiya olunmuş üzvü statusu alacağını ehtimal edib.
Bununla yanaşı, Stubb vurğulayıb ki, ölkələrin Avropa İttifaqında iştirak formatları fərqlənə bilər və avroya keçid bütün iştirakçılar üçün mütləq şərt olmayacaq.
Almaz Həsənli













.jpg)







.jpg)
.jpg)




.jpg)












.jpg)






























.jpg)












