FIFA U-15 Dünya Çempionatı: Azərbaycan Milli Komandası Andorraya minimal hesabla qalib gəlib

FIFA U-15 Dünya Çempionatı: Azərbaycan Milli Komandası Andorraya minimal hesabla qalib gəlib

14:02
Bəyəndim (0) Bəyənmədim (0)


Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan milli futbol komandası yenidən qələbə sevincini yaşayıb.

Belə ki, baş məşqçi Famil Xəlilovun komandası Andorradan olan həmyaşıdları ilə qarşılaşıb. Hövsan İdman Kompleksində keçirilən oyun gərginliyi ilə yadda qalıb. Rəqibi ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirən Azərbaycan komandasının hücumçusu Həsən Mahmudov oyunun 20-ci dəqiqəsində topu rəqib qapısından keçirərək hesab açıb.

Oyunun 38-ci dəqiqəsində isə qayda pozuntusuna görə hakim tərəfindən komandamızın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Millimizin qapıçısı Oktay Mehrəliyev isə fədakarlıq nümayiş etdirərək penaltini dəf edib və rəqib komandaya hesabə bərabərləşdirməyə imkan verməyib. Oyun 1-0 hesabı ilə komandamızın xeyrinə başa çatıb

Milli komandamız bu gün daha bir oyun keçirəcək. Saat 19:30-da başlayacaq görüşdə komandamız bu dəfə Avstraliya ilə qarşılaşacaq.
Əziz MUSTAFA