Azərbaycan Türkiyəyə 7,2 milyard kubmetr qaz tədarük edib

Azərbaycan Türkiyəyə 7,2 milyard kubmetr qaz tədarük edib

16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Cari ilin ilk səkkiz ayı ərzində Azərbaycandan Türkiyəyə ixrac olunan təbii qazın həcmi 7,2 milyard kubmetr təşkil edib. Oxuməni.az xəbər verir ki, müvafiq məlumatlar Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında yer alıb.

Belə ki, Türkiyəyə ixrac edilən Azərbaycan qazının həcmi 7 milyard 245,91 milyon kubmetr olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır.

Avqust ayında Türkiyə Azərbaycandan 752,44 milyon kubmetr qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 28,15% azdır.

Qeyd olunur ki, avqust ayında Azərbaycan Türkiyəyə təbii qaz tədarük edən ölkələr siyahısında ikinci pilləyə yüksəlib. Azərbaycanın ümumi Türkiyə qaz idxalındakı payı 27%-dən çoxdur.

Almaz Həsənli