Mbappe: Dünyanın ən yaxşısı olduğumu deyəndə bunu həqiqətən düşünürəm, bu, mənim motivasiyamdır

Mbappe: Dünyanın ən yaxşısı olduğumu deyəndə bunu həqiqətən düşünürəm, bu, mənim motivasiyamdır

12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa millisinin və Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyini bildirib. Oxuməni.az-ın məlumatına görə, onun sözlərini “Ataque Futbolero” sosial şəbəkə X-dəki səhifəsində “Onze Mondial”a istinadən yayımlayıb.

“Mən bunu deyəndə, həqiqətən də belə düşündüyüm üçün deyirəm. Bundan əlavə, bu, mənim motivasiyamdır. Meydana çıxıb öz-özünə başqalarının səndən daha yaxşı nəsə edə biləcəyini demək olmaz. Bu, özün üçün hədd, maneə müəyyənləşdirmək deməkdir. Mən həmişə özümü üstələməyə çalışıram və özümə deyirəm ki, əgər bunu kimsə bacara bilərsə, o da mənəm”, – deyə Mbappe bildirib.

Almaz Həsənli