"Real Madrid" "Roma"nı geri dönüşlə şoka saldı, PSJ "Mançester Siti"ni məğlub etdi
Çempionlar Liqasının son turu aparıcı klublar arasında barışmaz və yüksək qollu mübarizə ilə yadda qaldı.
14 oktyabr çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu keçirilib..
"Real Madrid" "Roma" ilə səfər oyununun əvvəlində iki qol fərqi ilə geridə qaldı, lakin geri dönüş edərək 4-3 hesablı qələbə qazandı.
Komandalar ilk hissənin ortalarında iki dəfə qol mübadiləsi apardılar və ilk hissə heç-heçə başa çatdı. Roma 20-ci dəqiqədə cərimə meydançasının xaricindən gözəl zərbə ilə hesabda irəli çıxdı, lakin Kilian Mbappe beş dəqiqə sonra vurduğu qolla hesabı bərabərləşdirdi.
Ev sahibi komanda ikinci hissənin əvvəlində üstünlük təşkil edərək yenidən hesabda irəli çıxdı və Donyell Malenin dublu sayəsində üstünlüyünü iki qola çatdırdı. Əvvəlcə 51-ci dəqiqədə niderlandlı soldan cərimə meydançasına daxil olaraq güclü zərbə hesabı komandasının xeyrinə dəyişdirdi. Bundan altı dəqiqə sonra isə o, qonaqların qapısına daha bir qol vuraraq hesab arasındakı fərqi iki topa çatdırdı.
"Roma"nın üstünlüyü demək olar ki, bütün matç boyu davam etdi, lakin 83-cü dəqiqədə qonaqların oyunçusu Karlos Espi vurduği qolla komandasını ümidləndirdi. Bundan iki dəqiqə sonra "Real" Hendrikin başla zərbəsindən sonra hesabı bərabərləşdirdi. Əsas hissənin son dəqiqəsində isə "Real Madrid" Antonio Rüdigerin vuruğu qolla "Roma"nı şoka salaraq 4-3 hesabı ilə qalib gəldi.
"Real Madrid" Çempionlar Liqasının iki turundan sonra altı xala sahibdir, "Roma" isə yalnız bir xal qazana bilib.
PSJ "Mançester Siti" ilə səfər matçında rəqiblərinə üstünlük qazandıraraq 4-2 hesabı ilə qalib gəldi.
Luis Enrikenin yetirmələri ilk hissədə əhəmiyyətli bir üstünlük qazanaraq üç qol vuraraq ehtimal olunan qələbəni təmin etdilər. 13-cü dəqiqədə Dezire Due cərimə meydançasının xaricindən vurduğu zərbə ilə hesabı açdı.İki dəqiqə sonra Usman Dembele vurduğu qolla fərqi ikiqat artırdı. Vitinya 32-ci dəqiqədə cərimə meydançasının kənarından gözəl zərbə ilə hesab arasındakı fərqi üç topa çatdırdı.
İkinci hissədə Erling Haaland 53-cü dəqiqədə ötürmədən başla vurduğu topu başı ilə vuraraq hesab arasındakı fərqi azlatdı:1-3. Bundan doqquz dəqiqə sonra Maqnes Akliuş vurduğu daha bir qolla üstünlüyü yenidən üç topa çatdırdı:1-4
Oyunun 75-ci dəqiqəsində Erlinq Holana vurduğu qolla hesab arasındakı fərqi yenidən iki topa çatdırdı. "Mançester Siti"nin gücü bundan artığına çatmadı və öz meydanın parislilərə 2-4 hesabı ilə məğlub oldu.
PSJ hazırda Çempionlar Liqası qrupunda altı xalla liderlik edir, Mançester Siti isə üç xala malikdir.
Günün diqqət mərkəzində olan görüşlərdən birində Türkiyə təmsilçisi “Fənərbaxça” İngiltərədə “Aston Villa”nın qonağı olub. İstanbul təmsilçisi rəqibinə 0:6 hesabı ilə uduzub.
“Liverpul” Avstriyada LASK-ı 6:3 hesabı ilə məğlub edib.
Digər oyunlarda “Feyenoord” “Komo”ya 3:2, “Betis” “Portu”ya 3:2, “Şaxtyor” AEK-ə 3:1 hesabı ilə qalib gəlib. “Borussiya” (Dortmund) Norveçdə “Budyo-Qlimt”ə 0:1 hesabı ilə uduzub. “Ştutqart” isə səfərdə “Slovan”ı 3:0 hesabı ilə məğlub edib.
Əziz MUSTAFA









.jpg)









.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)










































.jpg)







.jpg)


















