Detektorundan zəif bir siqnal aldı və qazmağa başladı və qızıl külçəsi tapdı

Detektorundan zəif bir siqnal aldı və qazmağa başladı və qızıl külçəsi tapdı

13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyada metal detektoru ilə axtarış aparan həvəskar bir nəfər zəif bir siqnal aldı və həmin yeri qazmağa başladı. Nəticə isə çox gözlənilməz oldu. Avstraliyalı qazdığı yerdən 1 kiloqram 218 qram ağırlığında bir qızıl külçə tapdı. Formasına görə "Tibooburra Kartofu" ləqəbini alan külçənin 77%-i təmiz qızıldan ibarət olduğu aşkar edildi.

Oktyabr ayının sonuna olan bazar qiymətlərinə əsasən, külçədə olan qızılın dəyəri 150.000 ilə 160.000 Avstraliya dolları arasındadır. Məlumata görə, külçə hələ satılmayıb.

1880-ci illərin əvvəllərindən bəri qızıl hasilatının aparıldığı ərazidə kiçik qızıl hissəciklərinə çox rast gəlinir. Lakin yerli mədən avadanlığı təchizatçılarının məlumatına görə, son 20 ildə ərazidə 1 kiloqramdan çox ağırlığında yalnız bir qızıl külçəsi tapılıb.

Əziz Mustafa