Estoniya beynəlxalq müharibə cinayətkarlarını həbsxanalarında saxlamaqdan imtina edəcək
Estoniya hakimiyyəti beynəlxalq müharibə cinayətkarlarını həbsxanalarında saxlamaq niyyətində deyil, çünki onların həbsi vergi ödəyiciləri üçün baha başa gəlir. Bu barədə milli ictimai yayımçı ERR Estoniya Həbsxana Xidmətinə istinadən məlumat verib.
Həbsxana Xidmətinin sözçüsü Tiina Unuks bildirib: "Müxtəlif ölkələrdən Estoniya həbsxanalarında daha çox müharibə cinayətkarının saxlanılması ilə bağlı təkliflər almışıq, lakin bunun mümkün olduğuna inanmırıq".
Onun sözlərinə görə, beynəlxalq məhkəmələr tərəfindən məhkum edilmiş müharibə cinayətkarlarının həbsxanada saxlanılmasıxərcləri tamamilə Estoniya tərəfindən maliyyələşdirilir.
Unuks qeyd edib ki, bir məhbusun yaşayış xərcləri ayda 3500-3700 avrodur, bura tibbi xidmətlər, tərcüməçilər və hüquqi xərclər daxil deyil. "Onların hamısı rus və ya ingilis dillərində danışmır, bu da o deməkdir ki, məsələn, onlar üçün əsas məlumatları tərcümə etmək üçün əlavə tərcüməçiləri cəlb etməliyik. Biz onlara öz dillərində qəzetlər və televiziya kanallarını izləmək imkanı verməliyik", - deyə o əlavə edib.
Əziz Mustafa








































.jpg)


.jpg)








































