Əfqanıstan hakimiyyəti Koş-Təpə kanalının ikinci mərhələsinin 99%-nin tamamlandığını bildirib

Əfqanıstan hakimiyyəti Koş-Təpə kanalının ikinci mərhələsinin 99%-nin tamamlandığını bildirib

13:40
Bəyəndim (1) Bəyənmədim (0)

Əfqanıstan hökuməti ölkənin şimalındakı Koş-Təpə kanalının ikinci mərhələsinin 99%-nin tamamlandığını və Amudərya çayından suyun "çox tezliklə" ora axacağını bildirib. Bu barədə 25 noyabrda Talibana yaxın olan Radio Hürriyyət Əfqanıstan Milli İnkişaf Korporasiyasına istinadən məlumat verib.

Korporasiyanın məlumatına görə, əsas su qəbuledici qurğunun tikintisi başa çatmaq üzrədir. Qalan işlər başa çatdıqdan sonra çaydan su kanala yönəldiləcək. Konkret istifadəyə verilmə tarixi açıqlanmayıb.

Kanal boyunca 47 körpü və hidravlik qurğunun tikintisi də davam edir.

Afghanistan International-ın məlumatına görə, bu açıqlama Özbəkistanla Amudərya çayının axınından istifadə ilə bağlı fikir ayrılıqları fonunda verilib. Nəşrin xatırlatdığı kimi, bir neçə gün əvvəl Özbəkistanın Su Ehtiyatları naziri Şavkat Xamrayev layihə tam başa çatdıqdan və hər iki tərəf arasında razılaşdırıldıqdan sonra suyun çəkilməsinin mümkün olacağını bildirmişdi. O, böyük miqyaslı suyun çəkilməsinin 2050-ci ilə qədər təxirə salına biləcəyini təxmin etmişdi.

Xamrayev həmçinin xəbərdarlıq etmişdi ki, illik 4 milyard kubmetrdən çox suyun çəkilməsi Özbəkistanın kənd təsərrüfatı üçün ciddi təhlükə yaradacaq.

Təxminən 285 kilometr uzunluğunda olan Qoş-Təpə kanalı Əfqanıstanın şimalındakı Bəlx, Cövzcan və Fəryab əyalətlərindəki əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Onun tikintisi Taliban dövründə 2022-ci ildə başlayıb. 108 kilometr uzunluğunda olan birinci mərhələ 2023-cü ilin oktyabrında başa çatıb.

Əziz MUSTAFA