Rusiya Estoniyanın sərhədlərinin bağlanmasına etiraz edir

Rusiya Estoniyanın sərhədlərinin bağlanmasına etiraz edir

08:08
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Marek Uhtegini nazirliyə çağırıb. Səfirə Estoniya hökumətinin Rusiya ilə sərhədi bağlamaq qərarına qarşı "sərt etiraz" bildiriıib. Bu barədə TASS-ın səhər yaydığı məlumatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Estoniyanın ittihamlarının "heç bir əsası yoxdur". Nazirlik hesab edir ki, sərhədin bağlanması "Estoniya iqtisadiyyatına daha bir zərbə vuracaq və həm Tallinin özünə, həm də AB və NATO müttəfiqlərinə qarşı çevriləcək".

Nazirlik Estoniyanı Rusiyaya hücumlar üçün "Ukraynaya gizli şəkildə hava məkanından istifadə etməyə icazə verməkdə" günahlandırıb. "Estoniya diplomatına bir daha məlumat verilib ki, bu cür təxribatçı və son dərəcə təhlükəli hərəkətlər Rusiya ilə açıq müharibəyə başlamaq təhlükəsi yaradır".

1 dekabrda Estoniya hökuməti Rusiya ilə bütün quru sərhəd keçidlərini ən azı altı ay müddətinə bağlamaq qərarına gəlib. Buna səbəb Threod Systems müdafiə şirkətinə qarşı törədilmiş yanğın cəhdi olub. Estoniya hakimiyyəti hesab edir ki, hücumu Rusiya kəşfiyyatı təşkil edib.

Əziz MUSTAFA