Zelenski: Rusiya bütün atəşkəs formatlarını rədd edib
Rusiya Ukraynada hər hansı atəşkəs təklifini qəbul etməkdən imtina edir. Bu il təcavüzkar ölkə bütün atəşkəs formatlarını rədd edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən mətbuat konfransında deyib.
Zelenski bildirib ki, "Könüllülər Koalisiyası"nın iclasında Ukrayna üçün beş prioritet müzakirə olunub, bunlardan birincisi hava hücumundan müdafiənin gücləndirilməsi olub.
"Bu ilin yayının ortalarından bəri Putin, xüsusən də təhlükəli silahlarla - ballistik raketlər və raketlə idarə olunan intihar təyyarələri ilə hücumlarını davamlı olaraq artırır", - deyə o bildirib.
Prezident qeyd edib ki, Ukraynanın əsl müdafiə üçün xüsusi birgə fəaliyyətə ehtiyacı var. Lakin Rusiya il boyu bütün atəşkəs təkliflərini rədd edib.
"Bunlar sadəcə sözlər deyil. Ruslar il boyu bütün deeskalasiya təkliflərini rədd ediblər. Müxtəlif tərəfdaşlar bu barədə onlara müraciət ediblər və Putin hamısından imtina edib", - deyə Zelenski bildirib.
Rusiyaya Qara dənizdə enerji məsələlərinin deeskalasiyası, digər atəşkəs formatları təklif edilib.
O, aydınlıq gətirib: "Rusiyanın hamısına cavabı eyni olub: onlar bu təklifflərdən imtina ediblər".
Əziz Mustafa

.jpg)











.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)















































.jpg)



















