Trampa sui-qəsd cəhdində günahlandırılan Pakistan vətəndaşı 27,5 il həbs cəzasına məhkum edilib
.ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Pakistan vətəndaşı Asif Merçant ABŞ prezidenti Donald Trampa və digər hökumət rəsmilərinə sui-qəsd planı ilə bağlı 27,5 il həbs cəzasına məhkum edilib.
"Bruklin federal məhkəməsində 48 yaşlı Pakistan vətəndaşı Asif Merçant ABŞ Rayon Hakimi Erik R. Komiti tərəfindən milli sərhədləri aşan sifarişli terror aktı törətməyə cəhdə görə 330 ay həbs cəzasına məhkum edilib", - deyə nazirliyin veb saytında dərc olunmuş açıqlamasında bildirilir.
Qeyd olunur ki, Merçant könüllü olaraq İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qoşulub və daha sonra qətllər törətmək üçün ABŞ-a gedib.
ABŞ Ədliyyə Nazirliyi təqsirləndirilən şəxsin əsas hədəfinin Tramp olduğunu bildirir. Digər hədəflər arasında keçmiş prezident Co Bayden və ABŞ-ın BMT-dəki sabiq səfiri Nikki Heyli də var idi. Merçant, sui-qəsdin İranın 2020-ci ilin yanvar ayında ABŞ-ın pilotsuz təyyarə hücumunda öldürülən keçmiş İİKK komandiri Qasım Süleymaninin ölümünün qisasını almaq istəyi ilə əlaqəli olduğunu etiraf etdi.
Merçant 12 iyul 2026-cı ildə ABŞ-ı tərk etməyə hazırlaşarkən Texasın Riçmond şəhərində həbs edilib.
Əziz MUSTAFA










.jpg)














.jpg)
















.jpg)














.jpg)


.png-1.png)


















.jpg)
.jpg)












