UEFA Fransa Futbol Federasiyasının rəhbərini FIFA prezidentliyinə namizəd göstərib

UEFA Fransa Futbol Federasiyasının rəhbərini FIFA prezidentliyinə namizəd göstərib

11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonu Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti vəzifəsinə namizəd göstərib. Oxuməni.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

Diallo FIFA prezidentliyinə namizəd olmaq üçün dəvəti qəbul edib.

UEFA İcraiyyə Komitəsində təmsil olunan milli assosiasiyalar Filipp Diallonu FIFA prezident seçkilərində namizəd olmağa dəvət edib və yekdilliklə tam dəstəklədiklərini bildiriblər.

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezident seçkiləri gələn ilin mart ayında Mərakeşdə keçiriləcək. Hazırkı FIFA prezidenti Canni İnfantino artıq yeni müddətə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Əziz Mustafa