UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin 10 oyunu keçiriləcək.
A Liqasının II qrupunda Hollandiya Yunanıstanı, Serbiya isə Almaniyanı qəbul edəcək. B Liqasının I qrupunda Şotlandiya Şimali Makedoniya, Sloveniya isə İsveçrə ilə qarşılaşacaq.
C Liqasının III qrupunda Moldova Qazaxıstan, Slovakiya isə Farer adaları ilə qarşılaşacaq. C Liqasının IV qrupunda Bolqarıstan İslandiya, Lüksemburq isə Estoniya ilə qarşılaşacaq.
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində daha bir oyun keçirəcək. Ayxan Abbasovun komandası səfərdə Lixtenşteyn komandası ilə qarşılaşacaq. Oyun Vaduzdakı Rheinpark stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Qarşılaşmanı estoniyalı FİFA referisi Kristo Tohver idarə edəcək.
Xatırladaq ki, üç turdan sonra komandamız beş xalla D Liqasının II qrupunda birinci yerdədir.
D Liqasının I qrupunda Andorra Cəbəllütariqlə qarşılaşacaq.
UEFA Millətlər Liqası
A Liqası, II qrup
23:45. Hollandiya - Yunanıstan;
23:45. Serbiya - Almaniya.
B Liqası, I qrup
23:45. Şotlandiya - Şimali Makedoniya;
23:45. Sloveniya - İsveçrə.
C Liqası, III Qrup
21:00. Moldova - Qazaxıstan;
23:45. Slovakiya - Farer Adaları.
C Liqası, IV Qrup
23:45. Bolqarıstan - İslandiya;
23:45. Lüksemburq - Estoniya.
D Liqası, I Qrup
23:45. Andorra - Cəbəllütariq.
D Liqası, II Qrup
23:45. Lixtenşteyn - Azərbaycan.
Əziz MUSTAFA



.jpg)

























































.jpg)
.jpg)
.jpg)






























