Dağıntılar altında qalan insanların tapılması və təxliyəsi istiqamətində xlasetmə əməliyyatları aparılır
ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində binanın çökməsi nəticəsində iki nəfər həyatını itirib, azı 19 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə Bruklinin Nyu-Kirk və Flatbuş prospektləri arasında yerləşən binada qeydə alınıb. Nyu-York Yanğınsöndürmə İdarəsinin (FDNY) məlumatına görə, çökmə zamanı binada insanlar olub və onların bir qisminin dağıntılar altında qaldığı ehtimal edilir.
Əraziyə yanğınsöndürənlər, xilasedicilər və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Dağıntılar altında qalan şəxslərin tapılması və təxliyəsi istiqamətində intensiv xilasetmə əməliyyatı aparılır.
Binanın hansı səbəbdən çökdüyü hələlik məlum deyil. Hadisənin başvermə səbəbləri və binanın texniki vəziyyəti ilə bağlı araşdırmalar davam etdirilir. Rəsmi qurumların yaxın saatlarda əlavə məlumat yayacağı gözlənilir...
Şahmurad














.jpg)
.jpg)
.jpg)























.jpg)










































