Putin Əbu-Dabidə Ukrayna ilə danışıqlardan dərhal sonra Rusiyanın müttəfiqlərini Moskvada toplayacaq
11 Noyabrda Vladimir Putin Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının zirvə toplantısına ev sahibliyi edəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Putinin sözçüsü Peskov mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə, görüş Ukrayna, ABŞ və Rusiya arasında 10-11 noyabr tarixlərində Əbu-Dabidə planlaşdırılan danışıqlar fonunda keçiriləcək.
Zirvə toplantısının iştirakçıları kollektiv təhlükəsizlik məsələlərini və mövcud beynəlxalq vəziyyəti müzakirə edəcəklər. Görüşdən sonra yekun bəyannamə və təşkilatın 2030-cu ilə qədər terrorizmə qarşı mübarizə strategiyası da daxil olmaqla bir sıra sənədlərin imzalanması planlaşdırılır.
KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Sonuncu, 2024-cü ildə təşkilatdakı iştirakını faktiki olaraq dayandırdı.
Daha əvvəl Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov Brüsseldə Avropa Komissiyası, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, NATO, Dünya Bankı və BlackRock investisiya firmasının nümayəndələri ilə danışıqlar aparıb.
Ukrayna və Rusiya arasında işçi danışıqların ABŞ-ın vasitəçiliyi ilə 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçirilməsi planlaşdırılır. ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun sözlərinə görə, tərəflərin müharibədən sonrakı təhlükəsizlik, deeskalasiya və humanitar məsələləri müzakirə etmələri gözlənilir.
Avropa ölkələri ABŞ, Ukrayna və Rusiya arasında keçirilməsi planlaşdırılan üçtərəfli texniki danışıqlarda iştirak etməyəcəklər.
Əziz Mustafa











































.jpg)







































