Si Cinpin APEC liderlərinin görüşünə sədrlik edəcək

Si Cinpin APEC liderlərinin görüşünə sədrlik edəcək

15:18
Bəyəndim (1) Bəyənmədim (0)

Çin prezidenti Si Cinpin qarşıdan gələn qeyri-rəsmi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Liderlərinin Görüşünə sədrlik edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyan edib.

"Görüşün mövzusu 'Asiya-Sakit Okean Birliyi Qurmaq, Ortaq Rifahı Təşviq Etmək'dir. Prezident Si Cinpin iclasa sədrlik edəcək və əsas nitq söyləyəcək", - Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Si Cinpin həmçinin 17-18 noyabr tarixlərində APEC Biznes Liderlərinin Zirvə Toplantısında iştirak edəcək və əsas nitq söyləyəcək. Tədbirin mövzusu "Birlikdə Rifahı Təşviq Etmək, Ortaq Gələcəyi Paylaşmaq"dır.

Bundan əlavə, Çin prezidenti APEC liderləri və iqtisadiyyat nümayəndələri üçün ziyafət verəcək və xarici liderlərlə ikitərəfli görüşlər keçirəcək.

33-cü qeyri-rəsmi APEC Liderlər Görüşü 18-19 noyabr tarixlərində Çinin cənubundakı Quanqdonq əyalətinin Şençjen şəhərində keçiriləcək. Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putin rəhbərlik edəcək. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdiyevin sözlərinə görə, bu, Moskva üçün Asiya-Sakit Okean bölgəsindəki tərəfdaşları, xüsusən də Pekin ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini göstərir.

Əziz Mustafa