21 Azər (12 dekabr 1945) Azərbaycanın Güneyində Milli Hökumətin quruluş günüdür
Dekabrın 12-də (21 Azər) Bütöv Azərbaycanda tarixi bir günün 80-ci ildönümü qeyd olunacaq.
1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə, Azərbaycanın Güneyində milli hökumət qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.
12 dekabr tarixinin xalqımız üçün tarixi və ideoliji əhəmiyyəti böyükdür.
1945-ci ilin 12 dekabrında Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti quruldu. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə dövlətin bir sıra mühüm işlərini həyata keçirib.

Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlər görüb.
Milli Hökumət eyni zamanda aşağıdakıları həyata keçirib:
– Torpaq islahatını həyata keçirdi;
– İri bankları milliləşdirdi;
– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı;
– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
– Azərbaycanın Güneyinin Milli Ordusu yaradıldı.
Sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərin və Pəhləvi hökumətinin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabr ayının 17-də (26 Azər) süquta uğrayıb.
S. C. Pişəvəri isə 1947-ci ildə Azərbaycanın Quzeyində müəmmalı avtomobil qəzasında həlak olub.
Oxuməni.az




































































.jpg)
.jpg)
.jpg)






















