NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Rusiya ilə gələcəkdə hərbi münaqişənin baş vermə ehtimalına inanmır

NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Rusiya ilə gələcəkdə hərbi münaqişənin baş vermə ehtimalına inanmır

10:00
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı Aleksus Qrinkeviç Rusiya ilə NATO ölkələri arasında yaxın gələcəkdə hərbi münaqişənin baş vermə ehtimalına inanmır.

"Mən tərəflər arasında münaqişənin baş verə biləcəyinə inanmıram", - Qrinkeviç "La Stampa"ya verdiyi müsahibədə bildirib.

O, mümkün anlaşılmazlıqları həll etmək və şəffaflığı təmin etmək üçün tərəflər arasında açıq ünsiyyət kanallarının saxlanılmasının vacibliyini vurğuladı.

Eyni zamanda, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlarda iştirak edən general, Avropa ölkələrinin Moskva ilə birbaşa dialoqa ehtiyacı olduğu ilə razılaşdı.

Rusiya liderləri Rusiyanın 2030-cu ilə qədər NATO ölkələrinə hücum edə biləcəyi ilə bağlı fərziyyələri dəfələrlə təkzib ediblər. Keçən il Rusiya Prezidenti Vladimir Putin "bu mövzuda mövcud narahatlıqları aradan qaldırmaq üçün Qərb ölkələri ilə qarşılıqlı hücum etməmə müqaviləsi imzalamağa" hazır olduğunu bəyan etmişdi. Daha sonra TASS tərəfindən aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil edilən görüşdə Rusiya lideri Rusiyanın Avropaya qarşı hücumunun guya sadəcə cəfəngiyat deyil, həm də öz əhalisini aldatmağa yönəlmiş təxribat və dezinformasiya olduğunu vurğuladı.

Əziz Mustafa