Azərbaycan millisi çırtdan Andorraya qalib gəlib, sevinmək olarmı?
UEFA Millətlər Liqası çərçivəsində Andorra və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Enkampdakı Nou Estadi de la FAF stadionunda baş tutan oyunda qonaqlar 3-1 hesabı ilə qalib gəliblər.
Hesabı oyunun 2-ci dəqiqəsində azərbaycanlı yarımmüdafiəçi Eşqin Əhmədov açıb. Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissənin 48-ci dəqiqəsində Musa Qurbanlı daha bir qol vuraraq Azərbaycan komandasının üstünlüyünü iki topa çatdırıb.
55-ci dəqiqədə Andorranın hücumçusu Rikard Fernandes vurduğu qolla hesab arasındakı fərqi bir topa endirib:1-2
70-ci dəqiqədə qonaq komandanın oyunçusu Toral Bayramov penaltidən dəqiq zərbə ilə komandamızı hesabda irəli çıxarıb: 3-1.
Qələbə çirtdan komanda üzərində qazanılıb, amma buna futbolumuzu idarə edən yüksək səviyyəli rəsmilərimizin tərifdolu açıqlamaları ilə sevinmək olarmı? Zənnimizcə bu suala cavab verməyə ehtiyac yoxdur...
Əziz MUSTAFA.









.jpg)











.jpg)















.jpg)


.png-1.png)


















.jpg)
.jpg)






























