Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb, dörd nəfər həlak olub

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb, dörd nəfər həlak olub

14 Noyabr 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb. Faciə 12 noyabrda Malatya əyalətində baş verib. Göyərtədə dörd hərbçi olub; hamısı həlak olub.

Oxuməni.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə X sosial media platformasında məlumat verib. Nazirliyin məlumatına görə, S-70 vertolyotu hələlik müəyyən edilməmiş səbəbdən qəzaya uğrayıb. Rəsmi açıqlamada deyilir: "Göyərtədəki dörd qəhrəman yoldaşımız həlak olub".

DHA xəbər agentliyinin məlumatına görə, şahidlər qəza zamanı partlayış baş verdiyini də bildiriblər. Dron videosunda vertolyotun yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğradığı və dağıntıların böyük bir əraziyə səpələndiyi görünür. Faciənin səbəbi hələ də araşdırılır.

S-70 Black Hawk, Türkiyə ordusu, jandarma, polis və meşə təsərrüfatı xidməti tərəfindən istifadə edilən Amerika çoxməqsədli nəqliyyat və hücum vertolyotudur.

Əziz Mustafa